Bütünləyici Tıbbın ən geniş yayılmış sahələrindən biri olan Biyorequlyator Terapiyanın əsası alman alim H. Reckweg tərəfindən qoyulmuşdur. Buna görə də Almaniya bu müalicənin vətəni hesab olunur. Lakin artıq 50 ildən çoxdur ki, yalnız Almaniyada deyil, bir çox Avropa ölkələrində, Amerikada, Braziliyada, Kolumbiyada və hətta bəzi Afrika ölkələrində də həkimlər biyorequlyator müalicə üsullarından istifadə edirlər.