Bütünləyici Tıbbın ən geniş yayılmış sahələrindən biri olan Biyorequlyator Terapiyanın əsası alman alim H. Reckweg tərəfindən qoyulmuşdur. Buna görə də Almaniya bu müalicənin vətəni hesab olunur. Lakin artıq 50 ildən çoxdur ki, yalnız Almaniyada deyil, bir çox Avropa ölkələrində, Amerikada, Braziliyada, Kolumbiyada və hətta bəzi Afrika ölkələrində də həkimlər biyorequlyator müalicə üsullarından istifadə edirlər. XX əsrin 90-cı illərindən etibarən bu müalicə üsulları Rusiya, Ukrayna, Qazaxıstan və Baltik ölkələrində də tətbiq olunur.
1998-ci ildə Elhan Yaqubov Bakıda Almaniyanın HEEL şirkətinin preparatlarının satışını həyata keçirən “Planeta” MMC-ni təsis etdi. 2001-ci ildə isə “Planeta” MMC-nin bir qrup nümayəndəsi Almaniyanın Baden-Baden şəhərindəki zavod və Antihomotoksik Terapiya Cəmiyyətinin fəaliyyəti ilə tanış oldu.
2002-ci ildə Lənkəranda ilk dəfə beynəlxalq seminar keçirildi. 2001-ci ildən bəri 9000-dən çox həkim müxtəlif ölkələrdən dəvət olunan beynəlxalq mütəxəssislərin keçirdiyi yüzlərlə seminar, konfrans və ustad dərslərində bu müalicənin sirlərini öyrənmiş, 5000-dən çox həkim isə 92 saatlıq kursu bitirərək sertifikat almışdır.
2009-cu ildə Bakıda Biyoloji Tibb Klinikasının fəaliyyəti başladı. Daha sonra Göyçay (2012), Sumqayıt (2013) və Masallıda (2019) klinikalar açıldı. Burada Almaniya, İsveçrə, Kolumbiya, İtaliya və digər ölkələrin təcrübəsindən yararlanılır. Klinikaların uğurları həm ölkə daxilində, həm də xaricdə tibbi turizmin inkişafına təkan verdi.
Hazırda klinikalarımızda artrit, psoriaz, bronxial astma, qut, skleroz, Parkinson və digər xroniki xəstəliklər uğurla müalicə olunur. Biyoloji Tibb klassik tibbi inkar etmir, əksinə onun əsasında inkişaf etmiş və inteqrativ tibb sahəsində beynəlxalq uğurlar qazanmışdır.
18 iyun 2022-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan şöbəsi “Enteqrativ Tibbdə Elmi Tədqiqat Mərkəzi”ni öz strukturu daxilinə qəbul etdi. Bu uğur bizi daha çox işləməyə və elmi arenada yeni nailiyyətlər qazanmağa ruhlandırır.
Daha əvvəl heç bir şərh yoxdur