Baku Medical Plaza Babək - Ümumi Baxış


Baku Medical Plaza Sizə özəl xidmətlərini təqdim etməkdədir.

2011-ci ildən Babək filialının yaradılması ilə fəaliyyətə başlayan klinikamız beynalxalq standartlara uyğun sağlamlıq xidmətini ölkəmizə gətirmək üçün qurulmuşdur. Son illərdə gedərək artan tələbi qarşılamaq məqsədi ilə klinikaya edilən investisiyalar BMP-nin Azərbaycanın ən böyük özəl xəstəxanası olmasını təmin edir.

Bu gün çatdığımız nöqtədə 25000 m2 qapalı sahədə 200 yataq, 25 Reanimasiya yatağı, laminar hava axını ilə təchiz olunmuş 15 əməliyyat otağı və 5 doğumxanası, doğulan uşaqlar üçün 25 küveyzlik  Reanimasiya ilə xidmət veririk. Önümüzdəki dövrdə dünyadakı ən irəli standartları hədəfləyərək verdiyimiz xidmətləri inkşaf etdirməyi davam edəcəyik. Ən yüksək səviyyədə tibbi xidmətlər, xaricdə təhsil alan və xaricdən dəvət olunan həkim heyəti, yüksək tibb servisi və ən üstün tibbi avadanlıqlar ilə xaricdə müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq.

BMP Qadın və Uşaq sağlamlıq mərkəzində ümumi qadın sağlamlığı, hamiləlik təqibi, riskli hamiləliklərin təqibi, hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar kimi bir çox sahədə xidmət verməkdəyik. Əsasən ginekoloji əməliyatlardan sonra yaranmış fəsadların və sidikqaçırma kimi  çətin problemlərin müalicəsi xəstəxanamızda edilməkdədir. Həmçinin BMP Qadın və Uşaq sağlamlıq mərkəzində Pediatriya və Neonatologiya şöbəsi xidmət göstərməkdədir. Təzə istifadəyə verilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş VİP pediatriya stasionarında 9 tək nəfərlik VİP otağı xidmətinizdədir. Stasionarın işıqlı otaqlarında TV, mikroklima havalandırma sistemi, tualet və hamam otağı, ananın uşağın yanında qalması üçün rahat yataq, yemək masası, dolab və s. vardır. Bundan əlavə olaraq analar üçün şöbədə xüsusi bir mətbəx təşkil edilmişdir.

Yenidoğulmuşlar reanimasiya və intensiv terapiya şöbəsində olan körpələr 24 saat ərzində mütəxəssis həkimlər və tibb bacıları tərəfindən nəzarət olunurlar. Şöbəmizdə ağır reanimasiya tədbirlərinə ehtiyacı olan yenidoğulmuşlar üçün nəzərdə tutulmuş bir reanimasiya zalı, infeksiya şöbəsi olan yenidoğulmuşlar üçün bir izolyator otağı və evə yazılmadan əvvəl sağlamlığa doğru gedən körpələrə ayrılmış bir otaqdan ibarətdir. Hər otaq ən müasir avadanlıq və bütün lazımlı tibbi avadanlıq və lazımi dərmanlar ilə təchiz olunmuşdur.

Xəstələrimizin xəstəxana ilə bağlı fikirləri


Daha əvvəl heç bir şərh yoxdur


Şərh əlavə edin


İÇİNDEKİLER