Ümumi Baxış
1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.
2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzmanlıq həkim dərəcəsi alıb.
Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib.
2013-cü ilin dekabr ayında Tibb Üzrə Fəlsəfə Doktoru adına layiq görülüb.
Fikrət Əhmədov 2008-ci ildən etibarən Endourological Society təşkilatının və European Association of Urology Assosiasiyasının üzvüdür. 2012-ci ildən Azərbaycan endouroloji dərnəyinin də üzvüdür.
F.Əhmədov 2013-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının baş laborant, 2016-cı ildən etibarən kafedranın assistenti vəzifəsində fəaliyyət göstərir.
2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.
Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbələrlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub.
Əlavə olaraq Megapol Sağlamlıq Mərkəzinin direktoru vəzifəsində çalışır.
Card
Daha əvvəl heç bir şərh yoxdur