Mediland Hospital - Ümumi Baxış


Mediland Hospital 2014-cü ildən fəaliyyət göstərir. Hospital tibbin bütün yeniliklərini özündə cəmləyən yüksək səviyyəli xidmət təqdim edir.
 Diaqnostika bölümündə komputer tomoqrafiya, angioqrafiya,  maqnit rezonans tomoqrafiya, rentgen, ultrasəs - doppler müayinəsi, elektrokardioqrafiya, holter, exokardioqrafiya, tredmil test, ezofaqoqastroduedenoskopiya, kolonoskopiya, elektromioqrafiya, elektroensefaloqrafiya, endoskopik rinoskopiya, spirometriya və s. diaqnostik xidmətlər peşəkar mütəxəssislər tərəfindən aparılır. 

Çoxfunksiyalı laboratoriyamızda ümumi, biokimyəvi, patohistoloji, mikrobioloji və digər laborator müayinələr həyata keçirilir. Xəstəxanada bütün növ cərrahi əməliyyatlar açıq, endoskopik və laporoskopik üsullarla icra edilir.

Təcili yardım komandamız 7/24 formatda Sizin xidmətinizdədir. Keyfiyyətli tibbi xidmət Mediland Hospitalın əsas meyarlarından biridir.

Məqsədimiz

Əsas məqsədimiz - əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq, bizə müraciət edən hər bir pasiyentin məmnunluğuna nail olmaqdır.

Bu məqsədə doğru gedən yol isə, xəstəxanaya kvalifikasiyalı ixtisasçıların cəlb olunmasından, müalicə prosesində yüksək texnologiyaların istifadəsindən, tibbi xidmət işində idarəetmənin effektivliyindən və kollektivimizdə olan korporativ ruh yüksəkliyinin daimi olmasından keçir.

Mediland Hospitalın qarşısına qoyduğu məqsədlərin icrası üçün davamlı inkişaf konsepsiyası vardır və nə qədər ki, biz varıq, insanlarımız hər zaman barəmizdə xoş sədalar eşitməkdə davam edəcəklər.

Xəstələrimizin xəstəxana ilə bağlı fikirləri


Daha əvvəl heç bir şərh yoxdur


Şərh əlavə edin


İÇİNDEKİLER