İstanbul Onkologiya Xəstəxanası - Ümumi Baxış


HAQQIMIZDA

İstanbul Onkologiya Xəstəxanası Tibb Mərkəzi olaraq 2008-ci ilin yanvar ayında İstanbulun mərkəzi nöqtələrindən biri olan Maltepədə; E5 magistral yolu və Metro stansiyasına təxminən 100 metr məsafədə qurulmuş, 2015-ci ilin avqust ayından etibarən isə Xəstəxana olaraq xəstə qəbuluna başlamışdır.

Tamamilə yenidən inşa edilən İstanbul Onkologiya Xəstəxanası binası ən müasir texnoloji infrastrukturu özündə birləşdirən “Xəstəxana Binası” standartlarına sahib olub, xəstələrin təhlükəsizliyi və komfortu ilə bağlı hər bir detal düşünülmüşdür.

İnfrastrukturumuz həm ambulator, həm də stasionar xəstələrə bu günün ən qabaqcıl texnologiyalarını təqdim edir. Qonaqlarımızın rahat, etibarlı və gigiyenik şəraitdə qarşılanması əsas prinsipimizdir.

Əməliyyatxana və reanimasiya şöbələrimizdəki müasir texnoloji avadanlıq əməliyyatların riskini minimuma endirir, gigiyena isə ən yüksək səviyyədə təmin olunur.

Xəstəxanamızda aparılan bütün diaqnostika və müalicələr sahəsində ixtisaslaşmış həkimlər tərəfindən ən müasir texnologiya ilə həyata keçirilir.

Uzun illərin təcrübəsi ilə xüsusilə onkoloji xəstələrin diaqnostika və müalicəsi multidissiplinar yanaşma ilə mütəxəssislər tərəfindən planlaşdırılır.

Xəstəxanamız elmi və etik prinsiplərdən kənara çıxmayan, daim yenilənməyi və texnoloji inkişafı hədəfləyən, xəstə məmnuniyyətini ön planda tutan, keyfiyyətli və peşəkar xidmət göstərən, təcrübəli və daimi personalı ilə xəstələrə ən qısa zamanda xidmət göstərən bir anlayışa sahibdir.

Xəstələrimizin xəstəxana ilə bağlı fikirləri


Daha əvvəl heç bir şərh yoxdur


Şərh əlavə edin


İÇİNDEKİLER