Görüş təyin edin

Fizioterapiya və Reabilitasiya

Fizioterapevt - Reabilitoloq

Gülnarə NURUZADƏ

33 İldir mütəxəssis
BAKI
Görüş təyin edin
Lütfen Bekleyin..
×

Təlimlər

Tibbi məktəbi
Uzmanlık



Ümumi Baxış

Gülnarə Nuruzadə - "Fizioterapevt-reabilitoloq" müalicəvi idman mütəxəssisidir. Bədii gimnastika üzrə məşqçi, idman reabilitasiyası üzrə ali təhsilli mütəxəssisdir. SSRİ idman ustası və mükafatçısı, bədii gimnastika üzrə dəfələrlə Qafqaz ölkələri arasında çempion olub. 24 il Bakı Uşaq Bərpa Müalicə Mərkəzinin idman terapevti olaraq çalışmışdır. 1998-1999-cu illərdə Səudiyyə Ərəbistanı ilə dövlətlərarası müqavilə əsasında Məkkə şəhərində Məlik Feysal Hospitalında Fizioterapiya şöbəsinin mütəxəssisi kimi çalışmışdır. ”Qırmızı Xaç” cəmiyyətinin “Ortopediya və protezləşmə” layihəsində fizioterapevt, reabilitoloq və məsləhətçi olaraq çalışmışdır. 2011-ci ildən etibarən hər il Almaniyanın Hannover şəhərində Annastift Klinikasında fizioloq professor Ferrarinin keçirdiyi kurs və imtahanlarda iştirak edir. Klinikanın sertifikatları ilə təltif olunmuşdur. 2000-ci ildən bu günə kimi Moskva şəhər Uşaq Pediatriya Universitetinin Neyroortopediya şöbəsi ilə əməkdaşlıq edir. 2012-ci ildə FİFA U-17 Qadınlararası Dünya Çempionatında hakimlərin fizioterapevti olaraq çalışıb.

Təhsili: 1986-1990-cı illərdə Azərbaycan İdman akademiyasında təhsil alıb. 2005-2010-cu illərdə müalicə-profilaktika fakültəsində təhsil almışdır.

İş təcrübəsi: 1998 –1999-cu illərdə Səudiyyə Ərəbistanı ilə dövlətlərarası müqavilə əsasında Məkkə şəhərində Məlik Feysal Hospitalında Fizioterapiya şöbəsinin mütəxəssisi kimi calışıb. 1999-2000- ci illər “Qırmızı Xaç” cəmiyyətinin Ortopediya və protezləşmə layihəsində fizioterapevt, reabilitoloq və məsləhətçi olaraq çalışıb. 2012-ci ildə FİFA-dahakimlərin fizioterapevti olaraq çalışmışdır. İsveçrənin Soloturn şəhərində “Giger-md” Avropa reabilitasiya cihazının öyrənilməsi üzrə sertifikata malikdir. 2013-cü ildən “MedEra” Hospitalda Fizioterapiya tibbi reabilitasiya şöbəsinin müdiridir. Gülnarə Nuruzadə 2020-ci il Qarabağ müharibəsində iştirak etmiş qazilərin fizioterapiya və reabilitasiyasında önəmli səy göstərmişdir və 100-dən çox qazini müalicə etmişdir.

Kursları: 2011-ci ildən etibarən hər il Almaniyanin Hannover şəhərində Annastift Klinikasında fizioloq professor Adriano Ferrarinin keçirdiyi kurs və imtahanlarda iştirak edir. Klinikanın sertifikatları ilə təltif olunub. 2012-ci ildn “David” neyrospinal cihazında bel sütunun diaqnostikası üzrə FBİ Avropa sertifikatına malikdir. İsvecrənin Soloturn şəhərində “Giger-md” Avropa reabilitasiya cihazının öyrənilməsi üzrə sertifikata malikdir.

Dillər: Gülnarə Nuruzadə İngilis, Rus, Ərəb dillərini bilir.

Daha ətraflı

Müalicə və Cərrahiyyə Statistikaları

  • Boyun Ağrıları 5877 (%30)
  • Əzələ xəstəlikləri 4500 (%23)
  • Diz kirəclənməsi 3855 (%20)
  • Uşaq Reabilitasiyası 2700 (%14)
  • İnsult reabilitasiyası 2588 (%13)
Ümumi müalicə və xəstələr
Xəstələr
Ümumi

Qalereya

Xəstə Şərhləri

Əla (0)
Yaxşı (0)
Orta (0)
Zəif (0)
Pis (0)

Ümumi

Daha əvvəl heç bir şərh yoxdur

Həkimə sual verin

(WeTransfer file link)
GÖNDƏR