Görüş təyin edin

Ümumi Cərrahiyyə

25 İldir mütəxəssis
BAKI
Görüş təyin edin
Lütfen Bekleyin..
×

Təlimlər

Tibbi məktəbi Azərbaycan Tibb Universiteti
Uzmanlık Ege Universiteti Tibb Fakültəsi



Ümumi Baxış

M.Dr. Mircəlal Kazimi (PhD)

Təhsil və Peşəkar Fəaliyyət

Dr. Mircəlal Kazimi 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində təhsil almış və 2000–2001-ci illərdə M. Nağıyev Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında ümumi cərrahiyyə üzrə staj keçmişdir.

2003–2008-ci illərdə Türkiyənin Ege Universiteti Tibb Fakültəsinin Cərrahiyyə və Orqan Nəqli Anabilim Dalında təhsilini davam etdirərək uzmanlıq dərəcəsi əldə etmişdir.

2009–2010-cu illərdə İzmir Kent Xəstəxanasında qaraciyər nəqli proqramı üzrə təlim keçmiş, 2012-ci ildə isə Cənubi Koreyanın Seul şəhərində yerləşən Asan Tibb Mərkəzində hepatobiliar cərrahiyyə və qaraciyər nəqli sahəsində ixtisasartırma kursunu tamamlamışdır.

2008–2018-ci illər arasında dövlət tibb müəssisəsində Endoskopik Cərrahiyyə şöbəsində cərrah kimi çalışmış və qısa müddət sonra həmin müəssisədə Cərrahiyyə və Orqan Nəqli şöbəsini təsis etmişdir.

2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Nəqli şöbəsinin müdiri vəzifəsində çalışır. 2024-cü ildən eyni şöbədə transplantasiya üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirir.


Uğurlar və Nailiyyətlər

  • Azərbaycanda ilk uğurlu qaraciyər nəqli əməliyyatını həyata keçirmişdir

  • Azərbaycanda uşaqlarda ilk qaraciyər nəqli əməliyyatını icra etmişdir

  • Azərbaycanda ilk uşaq böyrək nəqlini reallaşdırmışdır

  • Milli transplantasiya komandasının formalaşmasına öncülük etmişdir

  • 2020-ci ildə Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunmuşdur

  • 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik yubiley medalı ilə mükafatlandırılmışdır

  • İndiyədək 1.000-dən çox orqan nəqli əməliyyatı uğurla icra etmişdir

  • Azərbaycanda həyata keçirilən böyrək nəqli əməliyyatlarının təxminən 90%-i Dr. Mircəlal Kazimi tərəfindən aparılmışdır


Tarixi Nəticə: Azərbaycanda İlk Kadavradan Qaraciyər Nəqli

2025-ci ildə Dr. Mircəlal Kaziminin rəhbərlik etdiyi tibb heyəti tərəfindən Azərbaycan səhiyyə tarixində ilk dəfə kadavradan qaraciyər nəqli uğurla həyata keçirilmişdir.

Qaraciyər, 12.10.2002-ci il təvəllüdlü, hepatit B və D viruslarına bağlı qaraciyər sirrozu diaqnozu qoyulmuş və canlı donoru olmayan Şərifova Mənzər Yaşar qızına köçürülmüşdür.

Bu əməliyyat, Azərbaycan transplantasiya tarixində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.


Daha ətraflı

Qalereya

Xəstə Şərhləri

Əla (0)
Yaxşı (0)
Orta (0)
Zəif (0)
Pis (0)

Ümumi

Daha əvvəl heç bir şərh yoxdur

Həkimə sual verin

(WeTransfer file link)
GÖNDƏR