Ümumi Baxış
Mütəxəssis Dr. Lalə Nəsirova
Dr. Lalə Nəsirova 1989-cu ildə Azərbaycanda anadan olub. O, 2007-ci ildə Azərbaycan Tibb Universitetinə (ATU) daxil olaraq tibb təhsilinə başlamış və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
2016-cı ildə Erciyes Universitetinin Uşaq Sağlamlığı və Xəstəlikləri ixtisasına qəbul olunaraq tibb təhsilini Türkiyədə davam etdirmişdir. 2020-ci ildə Tibb İxtisas İmtahanında (TUS) 95 bal toplayaraq yüksək nəticə göstərmiş və pediatriya üzrə ixtisas diplomuna layiq görülmüşdür.
Dr. Nəsirova 2020–2024-cü illər ərzində Türkiyənin müxtəlif xəstəxanalarında mütəxəssis pediatr kimi fəaliyyət göstərmiş, 2024-cü ildən etibarən isə peşəkar fəaliyyətini Bakıda davam etdirmək qərarına gəlmişdir.
O, hər bir pasiyentə fərdi və kompleks yanaşır, təbii və elmi əsaslı müalicə metodlarını birləşdirir. Onun fəaliyyət sahəsinə daxildir:
Təbii vitamin terapiyası ilə immun dəstək
Medical Detox və bədən sistemlərinin tənzimlənməsi
Allergik xəstəliklərin müalicəsi
Yenidoğulmuşlarda sarılıq müalicəsi
Süd artımı üçün təbii həllər
Neonatal müdaxilə prosedurları
Dr. Nəsirova müxtəlif beynəlxalq konqreslərin və simpoziumların iştirakçısı olmuş, pediatriya, funksional tibb, mikrobiom, epigenetika və regenerativ tibb sahələrində çoxsaylı elmi işlər və təqdimatlarla çıxış etmişdir.
O, eyni zamanda bir sıra elmi və peşəkar birliklərin üzvüdür:
Türk Təbiblər Birliyi
Türk Toraks Dərnəyi
Türk Milli Allergiya və Klinik İmmunologiya Dərnəyi
Mikrobiota və İmmunologiya Assosiasiyası
Avrasiya İnteqrativ Tibb Assosiasiyası
Nevrologiya Tibb Birliyi
Card
Medpoint Kart sahibləri Mütəxəssis Pediatr Lalə Nəsirova ilə həkim müayinələrinə 15% endirim əldə edirlər.
Medpoint Card imkanlarını görmək və Medpoint Kart sahibi olmaq üçün klikləyin.
Daha əvvəl heç bir şərh yoxdur