Ümumi Baxış
Dr. Samira NAĞİYEVA
1998-2004-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini bitirib.
2004-2005-ci illərdə K. Y. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda İnternatura keçmişdir.
Sertifikatlar
2008-ci ildə “Yeniyetmələrdə deviant davranışlar və maddə asılılığı ilə bağlı yaranmış pozğunluqlar” mövzusunda təlim kursu keçmişdir (Bakı, Azərbaycan).
2010-cu ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə İnstitutunda Pediatriya üzrə 3 aylıq İxtisasartırma kursu keçmişdir (Bakı, Azərbaycan).
2011-ci ildə Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində pediatriya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir (Sertifikasiya Şəhadətnaməsi No. AH 000049).
2012-ci ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində “Yenidoğulmuşların reanimasiyası” üzrə İxtisasartırma kursu keçib (Ankara, Türkiyə)
2014-cü ildə 34-cü UMEMPS və 14-cü UNIPSTR Konqresində iştirak etmişdir (Antalya, Türkiyə).
2014-cü ildə Türk-Azəri-Astma-Allergiya Zirvəsinin Akademik Tənəffüs Dərnəyi ilə Azərbaycan Tibb Universitetinin birgə görüşündə iştirak etmişdir (Bakı, Azərbaycan).
2015-ci ildə Neonatal Reanimasiya və Körpələrdə Eşitmə Testi təlimində iştirak etmişdir (Bakı, Azərbaycan).
2015-ci ildə 10-cu Beynəlxalq Uşaq Allergiyası və Astma Konqresində iştirak etmişdir (Sapanca, Türkiyə).
2017-ci ildə 61-ci Türkiyə Milli Pediatriya Konqresində iştirak etmişdir (Antaya, Türkiyə).
2017-ci ildə Uşaq Xəstəlikləri və Ruh sağlığı mövzusunda keçirilmiş seminarda iştirak etmişdir (Bakı, Azərbaycan).
2017-ci ildə Talassemiya xəstəliyi mövzusunda olan seminarda iştirak etmişdir (Bakı, Azərbaycan).
2018-ci ildə ATA-Pediatriya Dərnəyinin təşkil etdiyi VI Simpozium “Pediatriyada yeniliklər” mövzusunda simpoziumda iştirak etmişdir (Bakı, Azərbaycan).
2018-ci ildə ATA-Pediatriya Dərnəyinin təşkil etdiyi I Mühazirə “Nadir genetik xəstəliklərə müasir yanaşma” mövzusunda mühazirədə iştirak etmişdir (Bakı, Azərbaycan).
2018-ci ildə Türkiyə Cümhuriyyətinin Qazi Universiteti Tibb Fakültəsi Uşaq Sağlamlığı və Xəstəlikləri kafedrasının Uşaq Allergiyası və İmmunologiya bölümündə İxtisasartırma kursu keçmişdir (Ankara, Türkiyə).
İş təcrübəsi
2004-2005-ci illərdə K. Y. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda həkim-intern vəzifəsində çalışmışdır.
2005-2012-ci illərdə 15 saylı Uşaq Poliklinikasında həkim-pediatr vəzifəsində çalışmışdır.
2011-2012-ci illərdə Türkiyə Cümhuriyyətinin Qazi Universiteti Tibb Fakültəsi Yenidoğulmuşların Reanimasiya Şöbəsində çalışmışdır.
2012-2015-ci illərdə HB Güven Klinikasında həkim-pediatr olaraq fəaliyyət göstərmişdir.
2013-indiyə qədər Oksigen Klinikası Yenidoğulmuşların Reanimasiya Şöbəsində həkim-neonotoloq olaraq fəaliyyət göstərir.
2016-cı ildən MedEra Klinikasında həkim-pediatr olaraq fəaliyyət göstərir.
2018-ci ildə Türkiyə Cümhuriyyətinin Qazi Universiteti Tibb Fakültəsi Uşaq Sağlamlığı və Xəstəlikləri kafedrasının Uşaq Allergiyası və İmmunologiya bölümündə iş təcrübəsi keçmişdir.
Daha əvvəl heç bir şərh yoxdur