Revmatoid artrit xəstəliyi, hər iki əlin kiçik oynaqlarını və digər oynaqları...
Revmatoid artrit xəstəliyi, hər iki əlin kiçik oynaqlarını və digər oynaqları zədələyən autoimmun iltihabı revmatizmal xəstəlikdir.
Xəstəliyin əmələ gəlməsində spesifik səbəblər bilinməsə də, bəzi risk faktorları rol oynayır.
1-ci dərəcəli ailə üzvlərində Revmatoid artrit xəstəliyi olarsa.
Keçrilmiş infeksion-virus xəstəlikləri: Mikoplazma, parvovirus B19, HNH-6, Epşteyin-Bar virusu, hepatid virusları.
Ətraf mühit faktorları: Xüsusən autoimmun xəstləliklərin əmələ gəlməsində rolu olan “silikatlar”, asbest kimi kimyəvi maddələrin rolu böyükdür.
Əgər oynaqlarınızda şişkinlik, ağrı, səhər yuxudan oyandıqda hərəkət məhdudluğu və yanaşı olaraq yuxarıda sadaladığım risk faktotlarından olarsa, vaxtında həkimə müraciət etməkdə fayda var.