Sistem qırmızı qurdeşənəyi (SLE) xroniki, naməlum etiologiyalı, autoimmun xarakterli..
Sistem qırmızı qurdeşənəyi (SLE) xroniki, naməlum etiologiyalı, autoimmun xarakterli, bir çox orqan və sistemi zədələyən birləşdirici toxuma xəstəliyidir. Xəstəlik qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir.
Xəstəliyin əmələ gəlmə səbəbi tam bilinmir. Lakin, risk faktorları arasında aşağıdakıları qeyd etmək olar:
Xəstəliyin ən xarakterik simptomu “kəpənək” simptomu, xəstənin yanaqlarında və burunun üst hissəsində qırmızı səpgilərin olmasıdır.
Digər autoimmun xəstəliklərdə olduğu kimi qırmızı qurdeşənəyi xəstəliyi zamanı insanın immun sistemi məlum olmayan səbəblərə görə öz sağlam hüceyrələrini zədələməyə başlayır. Birləşdirici toxuma orqanizmin hər yerində mövcuddur, belə ki, xəstəliyin nəticəsində xəstənin ürəyində, ağ ciyərlərində, beynində, böyrəklərində, oynaqlarında, əzələlərində ciddi zədələnmələr yaranır.
Qırmızı qurdeşənəyi xəstəliyi, vaxtında müəyyən edilərək düzgün müalicə təyin olunarsa, xəstənin sağalması və kəskinləşmələrin qarşısını almaq əlbəttə ki, mümkündür.