Siatik sinir blokadası

Siatik sinir blokadası

Oturaq siniri (lat. N. ischiadicus) oma kələfininən böyük şaxəsidir. Bunların ən effektli müalicəsi siatik..

Oturaq siniri (lat. N. ischiadicus) oma kələfininən böyük şaxəsidir. Bunların ən effektli müalicəsi siatik sinir blokudur. Prosedur zamanı ultrosonoqrafiya cihazının görüntüləri altında bir iynə ilə sinirə yaxınlaşıb həmin bölgəni blokada edib bununla iltihabi prosesi yox edirik və beləliklə xəstənin ağrıları yox olur. Oturaq sinir böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsinin altından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir. Ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat.n tibialis və ümumi incik sinirinə lat.n peroneus (fibularis) communis bölünür.