Depressiya nədir və əlamətləri hansılardır?

Depressiya nədir və əlamətləri hansılardır?

İnsanlar artıq gündəlik işlərindən, vərdişlərindən bezir və hər şeydən imtina edirlər.

Depressiya nədir və əlamətləri hansılardır?

İnsanlar artıq gündəlik işlərindən, vərdişlərindən bezir və hər şeydən imtina edirlər. Onlar tez-tez “Bu gün heç nə etmək istəmirəm, axı nəyə lazımdır işə getmək, evdən çıxmaq istəmirəm” deyirlər və sanki dünya ilə aralarındakı qapıları bağlayırlar. Bu sadəcə fiziki yox, həm də ruhun yorulmasının əlamətləridir. Bu halların bir qədər də çoxalması sizi depressiyaya yaxınlaşdırır.

Depressiya nədir?

Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular davamlı olur və bir sıra hallarda səbəbsiz meydana çıxır. İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar.

Depresiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər. Depressiya hər yaşda hər fərd də görülə biləcək bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər.

Depressiya uzun müddət davam edər və müalicə olunmazsa, onlarda sui-qəsdlərə meyl yaranır, ailənin dağılması, insanlardan uzaqlaşma, tənhalığa çəkilmə ilə nəticələnə bilər.