Siqaretin əsas amillərdən biri olduğu ağciyər xərçəngi xərçənglə əlaqəli ölümlərdə birinci yerdədir.
Ağciyər xərçəngi, dünyada həm kişilər, həm də qadınlar arasında xərçəng səbəbli ölümlərin başlıca səbəblərindən biridir. Siqaret çəkmək bu xəstəliyin əsas risk faktorudur. Lakin erkən mərhələdə aşkarlanarsa, müalicə şansı əhəmiyyətli dərəcədə artır.
Ağciyər xərçəngi, normal ağciyər hüceyrələrinin nəzarətsiz və ehtiyacdan artıq şəkildə çoxalması ilə baş verir. Bu hüceyrələr ağciyərdə bir kütlə (şiş) əmələ gətirir və zamanla ətraf toxumalara və uzaq orqanlara (qaraciyər, sümük, beyin və s.) yayıla bilir (metastaz).
Bütün xərçəng növlərinin 12-16%-i, xərçənglə əlaqəli ölümlərin isə 17-28%-i ağciyər xərçənginin payına düşür.
Ağciyər xərçəngi erkən mərhələdə çox zaman simptom verməyə bilər. Ancaq aşağıdakı hallarda həkimə müraciət etməyiniz vacibdir:
İki həftədən çox davam edən öskürək
Bəlğəmdə qan və ya tünd qəhvəyi rəng
Sinə ağrısı (xüsusilə dərin nəfəs, öskürək və ya gülərkən artırsa)
Nəfəs darlığı və ya xırıltı
İştahsızlıq və səbəbsiz arıqlama
Səsin batması, udqunma çətinliyi
Qarşısıalınmaz yorğunluq və zəiflik
Çiyin, bel, baş və ya sümük ağrıları
Boyun və körpücük sümüyü üzərində şişkinlik
Tez-tez bronxit və ya sətəlcəm keçirmək
Erkən mərhələdə aşkarlandıqda müalicə uğuru 80-90%-ə qədər yüksələ bilər.
Ən əsas risk faktoru siqaret çəkməkdir. Siqaret çəkənlərdə risk, çəkməyənlərə nisbətən 20 dəfə çoxdur.
Passiv siqaret tüstüsünə məruz qalmaq
Hava çirkliliyi
Ailədə ağciyər xərçəngi keçmişi
Asbest, benzin, qatran, boya maddələrinə məruz qalma
Radiasiya
Ağciyər xərçəngi simptom vermədən də uzun müddət davam edə bilər. Aşağıdakı diaqnostik metodlarla aşkarlanır:
Ağciyər rentgenoqrafiyası və ya KT
PET/CT (metastazın aşkarlanması üçün)
Bronxoskopiya ilə biopsiya
Balgam müayinəsi
Mediastinoskopiya və torakoskopik qiymətləndirmə
Ən doğru diaqnoz biopsiya nəticəsində əldə edilir.
Müalicə xərçəngin növü və mərhələsindən asılı olaraq dəyişir.
Cərrahiyyə: Erkən mərhələdə olan xəstələrdə tətbiq olunur.
Kimyaterapiya
Radioterapiya
Ağıllı dərmanlar (target terapiya)
İmmunoterapiya
Müalicə planı xəstənin ümumi sağlamlıq vəziyyəti, yaş və genetik xüsusiyyətləri nəzərə alınaraq hazırlanır.
Siqaret və spirt istifadəsindən çəkinin
Sağlam və balanslı qidalanma vərdişləri
Stressdən uzaq durmaq
Mütəmadi müayinələr (xüsusilə 40 yaşdan yuxarı siqaret çəkmiş şəxslər üçün)
Hava çirkliliyindən qorunmaq
Ağciyər xərçəngi erkən mərhələdə aşkarlanarsa, müalicəsi mümkün olan bir xəstəlikdir. Hər il mütəmadi tibbi yoxlanışlardan keçmək, sağlam həyat tərzi sürmək və siqareti buraxmaq riskin azalmasında əsas rol oynayır.
Unutmayın! Əgər bu simptomlardan birini və ya bir neçəsini hiss edirsinizsə, dərhal mütəxəssis həkimə müraciət edin.
Daha ətraflı məlumat almaq və müayinəyə yazılmaq üçün bizimlə əlaqə saxlayın: WhatsApp ilə yazın | +994 50 853 74 88