KT Anjiyo nədir və hansı hallarda aparılır?

KT Anjiyo nədir və hansı hallarda aparılır?

KT Anjiyo (Kompüter Tomoqrafiya Anjiyografiya) — orqanizmdəki damarların kəsiksiz, yüksək dəqiqliklə və ağrısız ..

 

KT Anjiyo nədir və hansı hallarda aparılır?


KT Anjiyo (Kompüter Tomoqrafiya Anjiyografiya) — orqanizmdəki damarların kəsiksiz, yüksək dəqiqliklə və ağrısız şəkildə görüntülənməsinə imkan verən müasir radioloji müayinə üsuludur. Bu metod sayəsində həm damarların quruluşu, həm də qan axını haqqında ətraflı məlumat əldə edilir.


KT Anjiyonun məqsədi

KT Anjiyo-nun əsas məqsədi orqanizmdəki damar sisteminin vəziyyətini qiymətləndirmək, tıxanma, daralma, anevrizma (damar genişlənməsi), doğuşdan gələn damar anomaliyaları və ya travma nəticəsində yaranmış dəyişiklikləri aşkar etməkdir.


KT Anjiyo ilə yoxlanılan nahiyələr


1. Beyin və boyun damarları

  • Beyin damarlarının tıxanması və ya daralması

  • Anevrizma (damar baloncuğu) aşkarlanması

  • Arteriovenoz malformasiya (AVM)

  • Boyun damarlarında (karotis və vertebral arterlər) darlıq və ya disseksiya

  • İnme (iflic) riskinin qiymətləndirilməsi


2. Ürək və koronar damarlar

  • Koronar damarların daralması və ya tıxanması

  • Ürək əzələsini qidalandıran damarların anatomik quruluşu

  • Stent və bypass damarlarının açıqlığının yoxlanılması

  • Doğuşdan gələn damar anomaliyaları

  • Ürək əməliyyatları və stent prosedurları öncəsi planlama


3. Ağciyər və döş qəfəsi damarları

  • Pulmonar emboliya (ağciyər damar tıxanması)

  • Aort anevrizması və ya disseksiyası

  • Döş qəfəsi travmalarında damar zədələnməsinin aşkarlanması

  • Ağciyər şişlərinin damarlarla əlaqəsinin təhlili


4. Qarın (abdominal) damar sistemi

  • Böyrək arteriyası stenozu (hipertoniya səbəbi ola bilər)

  • Qaraciyər və dalaq damar anomaliyaları

  • Mezenterik damar tıxanması (bağırsaq işemiyası)

  • Qarın daxili qanaxmalar və damar zədələnmələri

  • Orqan transplantasiyası və əməliyyat öncəsi planlama


5. Ətraf damarları (ayaq və qol damarları)

  • Periferik arter xəstəliyi (damar tıxanması və ya daralması)

  • Diabetik ayaq sindromu zamanı qan dövranının qiymətləndirilməsi

  • Damar grefti və ya stent sonrası nəzarət

  • Venoz tromboz və ya varikoz damarların xəritələnməsi


KT Anjiyonun üstünlükləri

  • Tamamilə ağrısız və qısa müddətli müayinə üsuludur

  • Kateter anjiyoya nisbətən daha az risklidir

  • Damar sistemi 3D formatda dəqiq şəkildə göstərilir

  • Aşağı doza radiasiya ilə yüksək görüntü keyfiyyəti əldə edilir

  • Müalicə və əməliyyat planlamasında böyük əhəmiyyət daşıyır


KT Anjiyo öncəsi və sonrası diqqət

  • Müayinə öncəsi 4–6 saat ac qalmaq tövsiyə olunur

  • Böyrək funksiyaları (kreatinin) yoxlanılmalıdır

  • Əgər kontrast maddəyə qarşı allergiya varsa, həkimə bildirmək vacibdir

  • Müayinə sonrası bol su içmək, kontrast maddənin bədəndən atılmasını sürətləndirir


Nəticə

KT Anjiyo — damar xəstəliklərinin diaqnostikasında, əməliyyat planlamasında və müalicə strategiyasının seçilməsində əvəzolunmaz bir görüntüləmə üsuludur. Müasir tibbi texnologiyaların köməyi ilə xəstəliklər erkən mərhələdə aşkarlanır və daha effektiv şəkildə müalicə olunur.


Daha ətraflı məlumat almaq, müayinə üçün qeydiyyatdan keçmək və ya həkimlə məsləhətləşmək üçün bizimlə əlaqə saxlayın:
+994 50 853 74 88 (WhatsApp ilə əlaqə mümkündür)