Döş xərçəngi döş toxumasında hüceyrələrin nəzarətsiz böyüməsi və çoxalması nəticəsində ...
Süd vəzi xərçəngi (döş xərçəngi) dünyada qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Xüsusilə 40 yaşdan yuxarı qadınlarda görülmə riski artır. Statistikaya əsasən, 40-44 yaş arası qadınlarda bu xəstəliyin yayılma tezliyi 63.3/100.000-dir. Risk yaş artdıqca yüksəlir və menopoz sonrası dövrdə daha yüksək olur.
Xərçəng hüceyrələrinin səbəbi tam bilinməsə də, genetik faktorlar (xüsusilə BRCA1 və BRCA2 mutasiyaları), hormonal təsirlər, həyat tərzi və ətraf mühit amilləri risk faktorları arasında yer alır.
Döş xərçəngi ilkin mərhələlərdə simptom göstərməyə bilər, lakin aşağıdakı əlamətlər mütləq diqqətdə saxlanılmalıdır:
Döşdə və ya qoltuq nahiyəsində hiss edilən bərk kütlə
Döş dərisində qızartı, qabıqlanma və ya portağal qabığı görünüşü
Məmə ucunda geri çəkilmə və ya axıntı
Döşdə asimmetriya və ya hissəvi şişkinlik
Dərinin qıcıqlanması və həssaslıq
Döş xərçəngi TNM sisteminə əsasən mərhələlərə bölünür:
Qeyri-invaziv xərçəngdir. Şiş hələ yalnız kanallar və ya lobullar daxilindədir.
Şişin ölçüsü 2 sm-dən kiçikdir və limfa düyünlərinə yayılmayıb və ya minimal yayılıb.
Şiş 2-5 sm arasındadır və qoltuqaltı limfa düyünlərinə yayıla bilər. IIA və IIB alt mərhələlərə bölünür.
Daha irimiqyaslı yayılma mövcuddur. 3A, 3B və 3C olaraq təsnif edilir. Xərçəng artıq döş dərisinə, sinə divarına və ya bir neçə limfa düyünlərinə yayılıb.
Metastatik mərhələdir. Xərçəng artıq bədənin digər orqanlarına yayılıb.
Diaqnoz qoymaq üçün aşağıdakı üsullardan istifadə olunur:
Mammoqrafiya – Erkən aşkarlanma üçün ən önəmli görüntüləmə üsuludur.
Ultrasəs – Şişin bərk və ya maye ilə dolu olduğunu ayırd etməyə kömək edir.
MRT, KT və PET-KT – Yayılan şişin qiymətləndirilməsi üçün.
Biopsiya – Şişin xassəsinin dəqiq müəyyən olunması üçün əsas üsuldur:
İncə İynə Aspirasiyası (FNA)
Core Biopsiya
Cərrahi Biopsiya
Genetik testlər (BRCA1, BRCA2) və Oncotype-DX testi də müalicə qərarlarında mühüm rol oynayır.
Müalicə planı bir neçə faktora əsaslanır: şişin mərhələsi, ölçüsü, hormonal reseptor statusu (ER, PR, HER2), metastaz varlığı və xəstənin ümumi sağlamlıq vəziyyəti.
Lumpektomiya – Şişin və yaxın toxumanın çıxarılması
Mastektomiya – Bütün döş toxumasının çıxarılması
Sentinel limfa düyünü biopsiyası və aksiller diseksiya – Xərçəngin limfa düyünlərinə yayılıb-yayılmadığını qiymətləndirmək üçün.
Radioterapiya – Lokal nəzarət üçün
Kimyaterapiya – Sistemik müalicə üsulu
Hormonoterapiya – ER və PR müsbət şişlərdə effektivdir
Hədəfli (bioloji) terapiya – HER2 pozitiv xəstələr üçün
Dəstəkləyici terapiya – Simptomların idarəsi üçün
ER/PR müsbət şişlər hormon müalicəsinə daha yaxşı cavab verir.
HER2 müsbət şişlərdə trastuzumab kimi dərmanlar effektivdir.
Üçlü mənfi döş xərçəngi (ER, PR, HER2 mənfi) – daha aqressiv seyr edir və fərqli yanaşma tələb edir.
Süd vəzi xərçəngi erkən mərhələdə aşkarlanarsa, tam müalicə mümkündür. Müntəzəm mamoqrafiya müayinələri və öz-özünü yoxlama vərdişi həyat qurtara bilər. Əgər yuxarıda qeyd olunan simptomlardan hər hansı birini müşahidə edirsinizsə və ya ailənizdə döş xərçəngi tarixi varsa, vaxt itirmədən həkimə müraciət edin.
Daha ayrıntılı məlumat almaq, müayinə və müalicə üçün randevu götürmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: