DEXA tətqiqatı, sümüklərin mineral sıxlığını və gücünü ölçmək üçün istifadə edilən bir testdir.
Sümük Densitometriyasi (DEXA Tətqiqatı ) Nədir?
DEXA tətqiqatı, sümüklərin mineral sıxlığını və gücünü ölçmək üçün istifadə edilən bir testdir. Bu tətqiqat zamanı X-şüalarından istifadə olunaraq sümük eriməsinin olub-olmadığı yoxlanılır. Beləliklə, sümüklərdə sıxlığın azalması müşahidə edildikdə, vaxtında tədbirlər görülər və qırılmaların, çatlaqların qarsısı alına bilər. Osteopeniya və ya osteoporoz kimi sümük xəstəliklərinin diaqnozunda da istifadə olunur.
Sümük Densitometriyasi Hansı Xəstəliklərin Diaqnozunda İstifadə Olunur?
Sümük densitometriyasi sümük sağlığının yoxlanılması üçün vacib testlərdən biridir. DEXA tətqiqatı aşağıdakı xəstəliklərin diaqnozunda istifadə olunur:
Osteoporoz
Osteopeniya
Sümük qırığı riskinin qiymətləndirilməsi
Sümük itkisini izləmək və ölçmək
Sümüklərə təsir edən dərman istifadəsindən öncə sümük sıxlığının yoxlanılması
Sümük Densitometriyasi (DEXA Tətqiqatı) Niyə Aparılır?
DEXA tətqiqatı sümüklərin mineral sıxlığını ölçmək və sümük xəstəliklərini vaxtında müyən etmək üçün aparılır. DEXA tətqiqatını aparma səbəbləri bunlardır:
Sümük sıxlığını və mineral tərkibini ölçmək
Osteoporozun diaqnozunu qoymaq
Osteopeniyanı erkən mərhələdə aşkar etmək
Ailədə osteoporoz və ya sümük qırığı keçirmiş insanlar varsa
Menopozdan sonra qadınlarda sümük sağlığını yoxlamaq
DEXA tətqiqatı sümük sağlığının izlənilməsi və sümük xəstəliklərinin erkən diaqnozu üçün vacib bir testdir. Həkim, insanın səhiyyə durumu və risk faktorlarına əsasən bu testin aparılmasını təklif edə bilər.
Sümük Densitometriyasi Necə Aparılır?
Sümük densitometriyasi, adətən DEXA (Dual-Energy X-ray Absorptiometry) cihazı ilə aparılan testdir. Sadə bir prosedur olub, adətən ağırısız bir testdir. Test öncəsi insanın üzərindəki metal əşyaları çıxarması vacibdir. Təsdiq prosedurlarından sonra, insan masanın üstündə uzanaraq skan edilər. DEXA cihazı aşağı dozalı X-şüaları göndərər və bu şüalar sayəsində sümük sıxlığı ölçülür. Test ortalama 10-20 dəqiqə davam edir və tam ağırısızdır. Hamiləlik və ya müyənnə dərman istifadə edilən hallarda, bu haqda həkimə məlumat vermək vacibdir.
DEXA Tətqiqatının Nəticələri Necə Dəyərləndirilir?
DEXA tətqiqatının nəticələri T-skory və Z-skory kimi dəyərləndirilir. T-skory test edilən şəxsin sümük sıxlığını göstərir və gənc yetkin bir insanın sümük sıxlığı ilə müaqisə edilir.
-1 və üstü normal hesab edilir.
-1 ilə -2.5 aralığında dəyər sümük sıxlığının aşağı olduğunu göstərə bilər.
-2.5 və daha aşağı dəyər adətən osteoporoz kimi qiymətləndirilir.
Z-skory isə insanın sümük sıxlığını eyni yaş və cinsdə olan insanlarla müaqisə etməyə imkan yaradır.
Məlumat və ya sümük densitometriyası müayinəsi üçün bizə zəng edin. +994 50 853 74 88