Tibbi adı rinoplastika olan burun estetikasında burunun nəfəsalma funksiyasını yaxşılaşdırmaq və ya daha estetik görünüş..
Tibbi adı rinoplastika olan burun estetikasında burunun nəfəsalma funksiyasını yaxşılaşdırmaq və ya daha estetik görünüş əldə etmək üçün burunun ölçüsü və forması dəyişdirilir. Rinoplastika, ideal nəfəsalma funksiyasına sahib və üzün ümumi görünüşünə uyğun bir burun yaratmaq məqsədilə həyata keçirilir.
Burunun əsas funksiyası nəfəs alma, yəni tənəffüs prosesidir. Bu funksiyanın ən yaxşı şəkildə qorunması və inkişaf etdirilməsi əsas məqsəddir. Burun estetikasına həm vizual, həm də sağlamlıq baxımından müraciət edilir. Vizual baxımdan insanlar burunlarının formasından və ya quruluşundan narazı olduqları üçün burun estetikasını seçirlər. Sağlamlıq baxımından isə tənəffüs funksiyalarına mənfi təsir göstərən bir problem varsa, burun estetikasına müraciət edilir.
Rinoplastika, burunda anadangəlmə və ya sonradan yaranmış forma qüsurlarını düzəltmək və nəfəsalma problemlərini həll etmək üçün tətbiq edilir. Rinoplastikanın əsas səbəbləri aşağıdakı kimi sıralana bilər:
Rinoplastika prosesi fərdin ehtiyac və gözləntilərinə uyğun planlaşdırılır. Bu səbəbdən əməliyyatdan əvvəl təcrübəli bir plastik cərrahla məsləhətləşmək və mövcud sağlamlıq problemlərinin qiymətləndirilməsi vacibdir.
Rinoplastika, burun formasının və ya quruluşunun dəyişdirilməsi, həmçinin tənəffüs problemlərinin həll edilməsi üçün icra edilən bir prosedurdur.
Burun estetikasını sağlamlıq vəziyyəti uyğun olan hər kəs edə bilər. Kəmərli burun, uzun burun, burun ucunun aşağı olması, burun dəliklərinin böyük olması və ya assimetriya kimi şikayətlərə görə burun estetikasına müraciət edilir. Burun estetika əməliyyatı ilə:
Bundan əlavə, travmalar nəticəsində yaranan deformasiya və ya qüsurların düzəldilməsi, həmçinin rekonstruksiya (yenidən qurma) əməliyyatları da həyata keçirilə bilər.
Rinoplastika əməliyyatı burun quruluşunun formalaşdırılması və sağlamlıq problemlərinin həll edilməsi üçün cərrahi müdaxilə ilə həyata keçirilir. Əməliyyatın aparılma üsulu xəstənin ehtiyaclarına və əməliyyatın növünə görə dəyişir. Əməliyyat aşağıdakı şəkildə icra edilir:
Əməliyyatdan sonra xəstənin burnunda bir neçə gün şişkinlik və həssaslıq ola bilər.
Ümumiyyətlə, burun estetikasında istifadə edilən texnikalar açıq və ya qapalı cərrahi texnika olaraq iki yerə ayrılır. Hər iki texnikanın vəziyyətə görə üstünlükləri və çatışmazlıqları vardır.
Açıq rinoplastika, burun estetikasında burun dəlikləri arasının alt hissəsində kiçik bir kəsik açılaraq aparılan bir əməliyyatdır. Bu kəsik cərraha daha geniş bir baxış bucağı təmin edir.
Üstünlükləri:
Çatışmazlıqları:
Hazırlıq prosesi:
Rinoplastika əməliyyatları xüsusi hazırlıq tələb etmir. Xəstənin gözləntilərinin və istəklərinin düzgün müəyyən edilməsi, həkim tərəfindən doğru məlumatlandırma çox vacibdir. Əməliyyat öncəsi strategiya, planlama və ünsiyyət ən önəmli hazırlıq mərhələsidir. Əgər xəstə qan durulducu dərman qəbul edirsə, bu dərmanları həkimin təklifi ilə dayandırmalı, siqaret çəkirsə əməliyyatdan əvvəl bu vərdişdən uzaqlaşmalıdır.
Əməliyyatdan sonra:
Əməliyyatdan sonra burunun formasını təsirləndirə biləcək hər hansı bir travmadan qaçmaq lazımdır. İlk 1-1.5 ay ərzində:
Rinoplastika əməliyyatı üçün adətən sümük inkişafının tamamlanması gözlənilir. Qızlarda bu proses ümumiyyətlə 16-17 yaş aralığında tamamlanır. Bu dövrdən etibarən əməliyyat üçün maneə yoxdur. Əgər burunda ciddi şəkildə narahatlıq yaradan forma qüsuru varsa, 18 yaş gözlənilmədən xəstə və ailə qərarı ilə də əməliyyat edilə bilər.
Burun estetikasından sonra aşağıdakı problemlər yarana bilər:
Bu problemlərin qarşısını almaq üçün əməliyyatın bu sahədə təcrübəli cərrah tərəfindən aparılması, xəstənin həkim tövsiyələrinə əməl etməsi və əməliyyatdan sonra burnunu travmalardan qoruması çox vacibdir.
Rinoplastika əməliyyatlarında yaranan fəsadlar əməliyyatın açıq və ya qapalı üsulla aparılması ilə bağlı deyil. Fəsadlar üsuldan deyil, şəxsin özünəməxsus xüsusiyyətlərindən irəli gələ bilər. Əməliyyatdan əvvəl xəstəyə məlumatlandırılmış razılıq forması təqdim olunur. Xəstələrin bu formanı diqqətlə oxumaları, imzalamazdan əvvəl özləri və prosedurla bağlı bütün suallarını vermələri çox vacibdir.
Əməliyyat ümumi anestezi ilə aparılır. Bu üsul həm həkim, həm də xəstə üçün çox rahatdır. Xəstə ümumi anestezi aldığı üçün adətən bir gecə xəstəxanada qalması tövsiyə edilir. Ertəsi gün gündəlik həyata qayıtmaq mümkündür. Lakin əməliyyatdan sonrakı 2-3 günü xəstənin evdə keçirməsi məsləhət görülür. Əməliyyatdan sonra adətən ağrı hiss edilmir. Bəzən ikinci gündən etibarən bir qədər şişlik ola bilər, lakin növbəti gün şişlik qəbul edilə bilən səviyyəyə enir. Göyərmə heç olmaya bilər və ya yalnız göz üstündə yarım santimetrlik makiyaj effekti kimi çox az görünə bilər. Açıq texnikada bütün damarları görərək idarə etmək mümkün olduğu üçün göyərmə bir qədər az ola bilər. Əslində əsas fərq açıq və ya qapalı üsul deyil, cərrahın istifadə etdiyi texnika və onun peşəkarlığıdır.
Xüsusilə burnun bəzi hissələrini tam görmək, yeni toxumalar əlavə etmək və ya dəyişikliklər etmək lazım olan hallarda açıq rinoplastika texnikası üstünlük təşkil edir. Lakin qapalı rinoplastikaya uyğun olan xəstələrdə qapalı üsul seçilə bilər. Bu iki üsul əslində bir-birinin rəqibi deyil. Xəstənin burun və üz quruluşu düzgün qiymətləndirildikdən sonra hansı texnikanın tətbiqi zəruridirsə, o seçilir.
İrəli dərəcədə deformasiyası olan və ya daha öncə estetik əməliyyat keçirmiş xəstələrdə (sekonder cərrahiyyə) açıq rinoplastika üsulu daha çox tətbiq olunur. Bu texnikanın ən böyük üstünlüyü cərraha geniş görüntü və tətbiq imkanları təqdim etməsidir.
Qapalı burun estetikası burunun iç hissələrindən kəsiklər edilərək həyata keçirilən rinoplastika texnikasıdır. Bu üsulda burunun kənarından deyil, içəridən 3-4 sm-lik bir kəsik edilir və burunun qığırdaq və sümükləri ilə işlənilir. Lazım gəldikdə sümük və ya qığırdaq çıxarılır və ya əlavə olunur, daha sonra kəsiklər tikilir.
Üstünlükləri:
Qapalı üsul açıq rinoplastikadan daha qısa müddət tələb edir. Əməliyyatdan əvvəl hər iki üsul üçün diqqət edilməli məqamlar eynidir. Aspirin kimi qan durulaşdırıcı dərmanlar əməliyyatdan əvvəl dayandırılmalıdır. Qapalı rinoplastikada burun ucunun açılmaması səbəbindən sağalma müddəti daha sürətli ola bilər.
Dezavantajları:
Qapalı üsulda burnun daxilindəki damarları birbaşa görmək mümkün deyil. Cərraha tam hakim olmayan hallarda qapalı üsul riskli nəticələrə səbəb ola bilər.
Pyezo cihazı istifadə edilən əməliyyatlar "pyezo burun estetikası" adlanır. Bu cihaz yumşaq toxumalara zərər vermədən işləyir. Lakin cihazın istifadəsi zamanı toxumaların tamamilə qaldırılması lazım olduğu üçün ödem artmış ola bilər.
“Tip” sözünün mənası ucdur. Burun ucunu əhatə edən əməliyyatlara “tip plasti” deyilir. Burunun yalnız uc hissəsində, təxminən 1 sm-lik bir sahədə estetik müdaxilə həyata keçirilir.
Tip plasti əməliyyatları adətən burunda minimal travma ilə həyata keçirilən əməliyyatlardır. Bu zaman sümüklərə müdaxilə edilmir. Tip plasti yalnız burun ucunda problemi olan şəxslərə tətbiq olunur. Məsələn, burun ucunda genişlik, ayrılıq, sallanma kimi problemlər varsa, düzəldilə bilər. Bu, müstəqil bir əməliyyat üsulu deyil, rinoplastikadan fərqli olaraq daha sadə bir prosedurdur. Əməliyyat müddəti tətbiqə bağlı olaraq təxminən 1 saatdır. Adətən göyərmə və ağrı müşahidə olunmur, gündəlik həyata daha tez qayıtmaq mümkündür. Tip plasti əməliyyathana şəraitində lokal anestezi ilə də həyata keçirilə bilər.
Rinoplastika əməliyyatları səhvə yer verməyən əməliyyatlardır. Hər hansı bir səhv özünü büruzə verir. Adətən əməliyyatın ilk dövrlərində ödem səbəbindən bu səhvlər başa düşülməsə də, bir müddət sonra aydın olur.
Sekonder rinoplastika əməliyyatları bütün rinoplastika əməliyyatlarının təxminən üçdə birini təşkil edir. Rinoplastika əməliyyatları genişləndikcə sekonder əməliyyatların da sayı artır.
Sekonder, yəni ikinci dərəcəli burun əməliyyatları ilk əməliyyatla müqayisədə daha çətindir. Bunun iki əsas səbəbi var: həm burunun anatomiyası dəyişir, həm də əməliyyat zamanı lazımi formanın yaradılması üçün vacib olan qığırdaq kimi resurslar kifayət qədər olmaya bilər. Üçüncü, yəni tersiyer əməliyyatlar daha da çətin ola bilər. Bu əməliyyatlar mütləq təcrübəli və bu sahədə ixtisaslaşmış cərrahlar tərəfindən həyata keçirilməlidir.
Lazer proseduru burun daxilindəki toxumaları kiçiltmək üçün tətbiq olunur. Lazer cihazı ilə burun içərisinə lazer enerjisi verilir. Bu, burun daxilindəki toxumaların kiçilməsinə kömək edir və yalnız bu bölgə üçün istifadə olunur. Təxminən 10 dəqiqə davam edən təhlükəsiz bir prosedurdur.
Profiloplastika insanın profil görüntüsünün gözəlləşdirilməsi üçün alın, burun və çənə bucaqlarına diqqət yetirilərək həyata keçirilən əməliyyatlardır. Profiloplastikada yalnız burun əməliyyatı deyil, alın və burun arasındakı bucaq, çənənin irəlidə və ya geridə olması və dodaqla burunun bucağı nəzərə alınır.
Məsələn, çənənin irəlidə və ya geridə olması halı bəzən dolğu, bəzən isə protezlərlə düzəldilir. Dodaqla burun və çənə arasında olan bucaqlar da nəzərə alınarsa, daha uğurlu nəticələr əldə olunur.
Rinoplastika haqqında ətraflı məlumat və qiymət təklifləri üçün +994 50 806 13 14