Düyünlü Ur (Düyünlü Zob)

Düyünlü Ur (Düyünlü Zob)

Düyünlü ur qalxanabənzər vəzidən radioloji olaraq seçilə bilən sahədir.Qalxanbənzər vəzidə yerləşən düyünlərin 95%-i ..


Düyünlü ur qalxanabənzər vəzidən radioloji olaraq seçilə bilən sahədir.Qalxanbənzər vəzidə yerləşən düyünlərin 95%-i xoş xassəli olduğu halda,5% halda onkoloji risk daşıyır.Düyün bəzən pasiyent tərəfindən boğulma şikayəti ilə üzə çıxır,bəzən palpasiya və USM müayinəsi vasitəsilə aşkar edilir.
Düyünlərin hormon ifraz edib -etmediyini qanda hormonları təyin etməklə bilmək olur.
Düyün tək və çox sayda ola bilər.
Düyün və ya düyünlər nə vaxt əməliyyata göstərişdir:
Böyük ölçülü düyün ətraf toxumaları sıxıb (kompresiyya) boğulma şikayəti verirsə
Düyün hormonal olaraq aktivdirsə 
Düyünün onkoloji riski varsa
Onkoloji riski olan düyün TIIAB edilir .(tiroid incə iynə aspirasion biopsiya).
Hər düyün biopsiya edilməz,hər biopsiya edilən düyündə əməliyyat olunmaz.


Dr.Nəsibə İmaməliyeva