Haşimoto xəstəliyi

Haşimoto xəstəliyi

Tənbəl zobun ən geniş səbəbi Haşimoto xəstəliyidir.Haşimoto qalxanabənzər vəzin xroniki autoimmun tiroiditir.

Tənbəl zobun ən geniş səbəbi Haşimoto xəstəliyidir.Haşimoto qalxanabənzər vəzin xroniki autoimmun tiroiditir.Hər müraciət edən 10 xəstənin 8-9 -u qadındır.
Haşimoto xəstəliyinin 3 fazası var :hipertireoz,eutireoz,hipotireoz.Bəzən illər boyu pasiyentlər eutiroid fazada qalırlar,bu dövrdə hormon ehtiyacı lazım olmur .O ,zaman ki , hipotireoz mərhələsi olur klinik şikayətlər yaranır.

 


Tənbəl zob olanların əsas şikayətləri:

  • Halsızlıq, yorğunluq
  • Saç tökülməsi, dırnaq qırılması
  • Quru dəri
  • Çəkinin artması
  • Üzdə, əllərdə və ayaqlarda ödem (şişkinlik)
  • Qəbizlik
  • Soyuğa dözümsüzlük
  • Yaddaş və yuxu pozğunluğu
  • Tərləmənin azalması
  • Qadınlarda menstrual tsiklin  pozğunluğu və s.