Obezite (Piylənmə)

Obezite (Piylənmə)

Piylənmə boy və kilo nisbətinin (bədən kütlə indeksi) 30 və ya daha üzəri olması fonunda bədəndə piy kütləsinin yığılmasıdır.

Piylənmə boy və kilo nisbətinin (bədən kütlə indeksi) 30 və ya daha üzəri olması fonunda bədəndə piy kütləsinin yığılmasıdır.
Piylənmə multifaktoriyal xəstəlikdir.Piylənmə artıq əsrin pandemiyasına çevrilmişdir.Piylənmə bir çox xəstəliklərə yol açır. Ürək-damar xəstəlikləri,tip2 diabet,hipertenziya,insult,lipid mübadiləsinin pozğunluğu,qaraciyər və öd daşı xəstəlikləri, əzələ -oynaq xəstəlikləri, sonsuzluq,PCOS, bədxassəli şişlər,obstruktiv yuxu apnesi kimi xəstəliklər üçün böyük risk faktoru sayılır. 

 

  • Piylənmənin səbəbləri hansılardır?
  • Aşırı və yalnış qidalanma
  • Fiziki qabiliyyətin aşağı olması
  • Metabolik və hormonal səbəblər
  • Genetik faktor
  • Siqaret və alkoqol qəbulu
  • Bəzi dərmanlar (antidepressantlar və s.)
  • Tez -tez çox aşağı enerjili diyetaların edilməsi.ve s.
  • Obez insanlar həkimə hansı şikayətlərlə müraciət edirlər?
  • Qarın və bel çevrəsində yağlanma
  • Nəfəs darlığı
  • Fiziki aktivliyin aşağı olması
  • Aşırı tərləmə
  • Yuxu apnesi,xorlama
  • Halsızlıq, yorğunluq
  • Infeksion xəstəliklərə meyillilik
  • Sümük -əzələ sistemində ağrı
  • Istiyə dözümsüzlük
  • Depresiyya və s.


2030-cu ildə artıq çəkili insanların sayı 1.35 milyarda,obez insanların sayı isə 573 milyona çatması gözlənilir.