Şizofreniya (yunanca schizo-parçalayıram, phren-idrak, ağıl deməkdir) tutmalar şəklində, fasiləli vəya fasiləsiz davam edən....
Yayılmasına görə 0,5-1% arası təşkil edir. Qadınlar və kişilər arasında yayılmasına görə isə eynilik müşahidə olunur. Kişilərdə qadınlara görə daha erkən yaşlarda başlayır.
(kişilərdə ən çox 10-25, qadınlarda isə ən çox 25-35 yaşlarda başlayır). Şizofreniyadan əziyyət çəkən insanların 1-ci dərəcə qohumlarında rastgəlmə tezliyi daha yüksəkdir. Yaranma səbəbləri tam olaraq bilinməsə də bu barədə müəyyən nəzəriyyələr var, ən çox genetik səbəbli olaraq, həmçinin bioloji səbəblərlə əlaqəli, əsasda dopamin aktivliyinin artması ilə əlaqəli, həmçinin sosial səbəblərdə burada rol oynayır, yəni yaranma səbəbləri multifaktorialdır. Şizofreniyanın ən xarakter əlaməti, psixi tamlığın pozulmasıdır, yəni şəxsiyyətlə mühit arasındakı normal, hormonik əlaqənin pozulmasıdır. Şizofreniyanın ən çox yayılmış formalarından biri Şizofreniya paranoid formadır, əsas əlamətləri müxtəlif sayıqlamalar (təqib sayıqlaması, kimlərinsə onu izlədiyi, şübhə sayıqlamaları, evdəkilərin onun pisliyini istədiyi, yeməyinə
zəhər qatmaq istədikləri, qonşuların onun pisliyini istədikləri, özünü böyütmə sayıqlamaları, dünyanı idarə elədiyini, tanrı ilə danışdığını və ya ona vergi verildiyinə dair fikirlər və buna ətrafdakıları da inandırma istəyi, başqa insanların fikirlərini oxuma kimi bacarığı olduguna dair fikirlər və s) və eşitmə hallusinasiyalarıdır.
Şizofreniyadan əziyyət çəkən xəstələr üçün yaxşı proqnoz:
Pis proqnoz:
Şizofreniya uzun müddətli dərman müalicəsi tələb edən bir xəstəlikdir.
Psixiatr: Dr. Bəxtiyar Mustafayev - əlaqəyə keç