Obsessiv-kompulsiv pozuntu nədir?

Obsessiv-kompulsiv pozuntu nədir?

Obsessiv kompulsiv pozuntunun bir forması olan "təmizlik xəstəliyi" qadınlarda daha çox yayılmışdır.

Ən çox əl yuma şəklində rast gəlinən bu forma okp bununla kifayətlənməyərək daimi olaraq əşyaların yuyulması,paltarların tam təmiz olduğu düşüncəsi olana kimi yuyulması,bəzən paltar harasa çirkli yerə toxunduqda xəstəlik keçər fikriylə paltardan bir daha istifadə etməmə, evdə keçirilən vaxtın yarısından çoxunun təmizliyə sərf olunması xəstəliyin ağırlaşmış formada olduğunun göstəricisidir, qonaq üçün istifadə etdiyi qabları xəstəlik keçər fikriylə dəfələrlə yuması, hər hansı bir yerə toxunduqda əlləri dəfələrlə uzun müddət yuması da bu xəstəliyin əsas əlamətlərindəndir.

Bu xəstəlik daha çox qadınlarda xüsusi olaraqda diqqətə möhtac, evdar və həyat yoldaşı ilə problemi olan xanımlarda daha çox rast gəlinir, amma bu xəstəliyin həmişə belə insanlarda rast gəlməsi şərt deyil, bu forma okp-su olan valideynlərin uşaqlarından bunu tələb etməsiylə əlaqədar gələcəkdə uşaqlarda da bu xəstəlik yarana bilər.

Belə xəstələrin xarakterik xüsusiyyətləri:

  • Görəsən toxunduğum hər hansı bir şeydən mənə xəstəlik keçər?
  • Cinsi əlaqədən sonra görəsən mənə xəstəlik keçər?
  • Əşyaların simmetrikliynə qarşı həasaslıq, hər şey simmetrik olmadır
  • Saatlarca hamamda qalmaq görəsən tam təmizləndimmi fikri
  • Başqa yerdə çirklənmə qorxusuyla tualetdən istifadə etməmək

Xəstəliyin ilk vaxtlarında həkimə müraciət etdikdə daha asan müalicə olunur.

Müalicəsi: Farmakoterapiya ve Psixoterapiya

Psixiatr: Dr. Bəxtiyar Mustafayev - əlaqəyə keç