Hiperprolaktinemiya

Hiperprolaktinemiya

Hiperprolaktinemiya-hipofiz vəzidən normadan artıq miqdarda prolaktin hormonunun sintez olunmasıdır.

Hiperprolaktinemiya

Hiperprolaktinemiya-hipofiz vəzidən normadan artıq miqdarda prolaktin hormonunun sintez olunmasıdır.
Prolaktin artımı təkcə xəstəliklə bağlı deyil.Hamiləlik,stress,bədən masajı,cinsi əlaqə, süd vəzi uclarını stimullaşdırmaq və idman etmək, bəzi  dərmanlar (antidepresanlar, bəzi psixiatrik dərmanlar, bəzi antihipertenzivlər,   estrogen  preparatları    və doğuşa    nəzarət    həbləri    və s.)prolaktin miqdarını artıra bilər.  

 

Əsas    səbəblər:

  • Hipofiz vəzində şiş 
  • Prolaktinoma
  • Hipofiz  vəzinə travma
  • Sarkoidoz və ya vərəm kimi hipofiz vəzinin xəstəlikləri,
  • Hipofiz vəzinin radiasiyaya məruz qalması (radiasiya terapiyası),
  • Qalxanabənzər  vəz çatışmazlığı 
  • Xroniki böyrək çatışmazlığı və siroz  kimi bəzi xroniki xəstəliklər
  • Bəzən polikistik yumurtalıq sindromunda mülayim prolaktin yüksəlməsi ola bilər.

Klinika

Əksər prolaktinomalar xoşxassəli şişlərdir və dərman    terapiyasına    cavab verir. Prolaktinomalarda prolaktin    hormonunun    yüksək olması    səbəbindən qadın xəstələrin əksəriyyətində (80%-ə qədər) süd vəzisindən    süd    gəlməsi    (qalaktoreya), menstruasiyanın    azalması    və ya    olmaması (amenoreya),    sonsuzluq,    cinsi    istəyin    azalması, vaginal    quruluq,    qızdırma müşahidə olunur. Ağrılı cinsi əlaqə, tüklərin böyüməsi, osteoporoz və çəki artımı görülür. Bu    şikayətlərin əksəriyyəti prolaktinin    yüksək    olması    səbəbindən    yumurtalıqdan estrogenin az ifraz olunması ilə bağlıdır.

Kişi    xəstələrdə testosteronun azalması və buna bağlı    olaraq cinsi    istəyin azalması və erektil disfunksiya (cinsi zəiflik), bədən tüklərinin azalması, xayalarda yumşalma,    sperma    sayında    azalma    və süd    vəzində böyümə (ginekomastiya), osteoporoz müşahidə edilə bilər. Bəzi kişilərdə enerjinin azalması, əzələ kütləsinin azalması və qan hüceyrələrinin azalması ola    bilər. Hipofizdə olan    şişlərin    30-40%-i    prolaktinomadan ibarətdir  və qadınlarda    daha    çox    rast    gəlinir. Bu şişlər vacibdir, çünki onlar    görmə sinirini sıxa bilirlər. Optik siniri sıxan prolaktinomalarda tez-tez baş ağrısı (50%),    görmə sahəsinin    itirilməsi    və yöndəmsizliyə rast   gəlinir. Həmçinin makroadenomalarda    digər hipofiz hormonlarının çatışmazlığı ilə bağlı şikayətlər    ola    bilər.

Diaqnoz

Qeyd etdiyimiz şikayətlərdən bir və ya bir neçəsi olan insanlarda diaqnoz üçün serum prolaktin səviyyəsi ölçülür. Təxminən 15 dəqiqəlik fasilələrlə ifraz olunduğu üçün hər yarım saatdan bir ölçülməsi daha sağlam nəticə verəcək. Adi müayinələrlə yanaşı planlaşdırılmalıdır. Dərman istifadəsi xüsusi olaraq araşdırılmalıdır. Yüksək prolaktin səviyyəsi varsa, tiroid hormonları yoxlanılır və bunun tiroid çatışmazlığından qaynaqlandığını müəyyən etmək lazımdır.

Qadınlarda hamiləlik testi unudulmamalıdır. Prolaktin yüksək olduğu təsbit edilərsə, hipofizdə şiş olub olmadığını öyrənmək üçün hipofiz MRT, yoxsa tomoqrafiya edilə bilər. Hipofizdə şiş varsa, hipofizin digər hormonları da yoxlanılmalıdır. Böyük bir şiş varsa, görmə sahəsinin müayinəsi vacibdir.

Müalicə

Prolaktin səviyyəsi yüksəlmiş xəstələr üçün    ilk seçim dərman müalicəsidir. Dərman (kabergolin və bromokriptin Türkiyədə mövcuddur) endokrin və metabolik xəstəliklər mütəxəssisi tərəfindən veriləcək. Bu dərmanların ən   çox    görülən    yan    təsirləri; ürəkbulanma, aşağı qan təzyiqi, yorğunluq, nadir hallarda depressiya və qəbizlik. Dərmanın dozasını tədricən artırmaq və gecə qəbul etməyə üstünlük verməklə əlavə təsirləri    nisbətən   azaltmaq  olar. Dərman    müalicəsi ilə həm serum prolaktin səviyyəsi    normallaşır, həm də şiş kiçilməyə başlayır.

Ən azı iki illik müalicədən sonra mikroadenomalı  xəstələrdə şiş ölçüsündə ən    azı    50%    azalma    əldə edildikdə kabergolin və ya bromokriptinin dozasını yavaş-yavaş azaltmaqla xəstə qiymətləndirilir. Şiş böyükdürsə,müalicəni kəsmədən dərmanı davam etdirmək lazımdır. Hamiləlik istəyənlər üçün Bromokriptin preparatına üstünlük verilir və hamiləlik baş verdikdə, ana südü ilə qidalanma bitənə qədər dərman    dayandırılmalıdır.

Hamiləlik dövründə mikroadenoma inkişaf riski təxminən 1% -dir. Şikayət olmadığı halda bu xəstələrdə görmə sahəsinə və ya prolaktin səviyyəsinə nəzarət  etməyə ehtiyac yoxdur. Dərman terapiyasına dözə bilmədiyi müalicəyə rezistent olduğu və ya böyüməkdə olduğu, hipofiz kökündə güclü təzyiqə səbəb olduğu, görmə sinirinə təzyiq elədiyi müəyyən edildikdə makroadenomanın cərrahi müalicəsi nəzərdə tutulmalıdır. Bu əməliyyat hipofiz və endokrinologiya sahəsində təcrübəli bir neyrocərrahın bir araya gəlməsi fikrinə uyğun olaraq planlaşdırılmalıdır.