Elektroensefaloqrafiya beyinin bioelektrik aktivliyini qeyd edən müayinə üsuludur.
Elektroensefaloqrafiya beyinin bioelektrik aktivliyini qeyd edən müayinə üsuludur.
Müayinə üçün xüsusi metal elektrodlar xəstənin saçlı dərisi üzərindən yerləşdirilir. Müayinə təqribən 30 dəqiqə müddətində beyin korteksinin fərqli nöqtələrindən nümunə alınmış elektrik aktivliyinin eyni anda qeyd edilməsinə əsaslanır. Əvvəllər EEQ kağız üzərinə qeyd olunurdu, lakin hazırda kompyuter texnologiyası inkişaf etdikdən sonra beynin bioelektrik siqnalları kompyuterdə əks olunmaqla izlənilir. EEQ müayinəsi oyanıqlıq və yuxu zamanı,həmçinin 30 dəqiqəlik EEQ müayinəsində epileptik aktivliyin qeyd olunmaması halları zamanı qıcolma zamanı paroksizmallığı qeyd etmək üçün uzun müddətli EEQ monitorizasyon tətbiq olunur.
EEQ-in bir çox klinik tətbiq sahəsi var.
15% hallarda epilepsiyalı xəstədə normal EEQ və normal, epilepsiyası olmayan bir xəstədə anormal aktivlik çıxa bilər. Bu səbəbdən EEQ müayinəsinə gələn hər bir xəstənin anamnezi alınmalı və klinik korrelyasiya aparılmalı.
EEQ müayinəsinə heç bir əks göstəriş yoxdur. Hətta hamilələrə, süd verən analara, körpə uşaqlara rahatlıqla təyin edilə bilər.